Azərbaycanlı diasporçu-yazar mükafatlandırıldı

Azərbaycanlı diasporçu-yazar mükafatlandırıldı

Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini 25 iyun 1995-ci ildə tanıyıb və 28 iyun 1995-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Bu gün Azərbaycan-Makedoniya münasibətləri uğurla inkişaf etməkdədir. Hər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində rol oynayan insanlardan biri də diasporçu-yazar Elnurt Eltürk olub. Məhz bu cür xidmətlərinə görə diasporçu-yazar Elnur Eltürk Makedoniya Ufuk Dərnəyi tərəfindən “TƏŞƏKKÜRNAMƏ”ilə təltif olunub.

Ufuk dərnəyinin sədri Dr.Elvin Hasan Elnur Eltürkün Türk dünyası üçün mühüm işlər gördüyünü qeyd edib. Makedoniya parlametinin deputatı,Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Elnur Eltürkün Makedoniya-Azərbaycan əlaqələrinin inkişafında gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edək ki,Elnur Eltürk AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resurslar şöbəsinin rəhbəridir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər