ABŞ-ın Əsəd ordusunu vurmasına Moskva və Dəməşqdən reaksiya

ABŞ-ın Əsəd ordusunu vurmasına Moskva və Dəməşqdən reaksiya

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov ABŞ-ın İordaniya sərhədində Suriya hökumət qüvvələrinə hava hücumunun “qəbuledilməz” olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, Qatilov “Sputnik” agentliyinə hadisə ilə bağlı bu sözləri deyib:

“Bu qəti şəkildə qəbuledilməzdir. Bu hava hücumu Suriyanın suverenliyinin pozulmasıdır. Üstəlik Suriyada siyasi prosesin nizamlanmasına faydası olmayan bir addımdır. Suriyada gərginliyin artmasına səbəb olan hər bir hərbi akt şübhəsiz ki, Astan və Cenevrə siyasi proseslərinə öz təsirini göstərir.

Dəməşqin reaksiyası

Hadisə ilə bağlı Əsəd rejiminin Müdafiə Nazirliyi bəyanat verib:

“ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Əl-Tanfdakı hücumunun göstərilən səbəbləri əsla qəbul edilə bilməz və koalisiyanın həqiqi məqsədini göstərmişdir”.

Suriya rəsmi agentliyi SANA-ya məlumat verən MN-nin əməkdaşı hücumu qınadıqlarını bildirərək koalisiya qüvvələrinin dediyi kimi “münaqişəsiz zonaya girən hərbi texnikanı” deyil, regiondakı hərbi postlardan birini vurduğunu deyib.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər