Səudiyyə Ərəbistanından sürpriz qərar – Silah istehsalına başlayacaq

Səudiyyə Ərəbistanından sürpriz qərar – Silah istehsalına başlayacaq

Müdafiə sənayesi sahəsində xarici firmalarla çox saylı əlaqələrinə görə tanınan və müdafiə xərclərinə ən çox pul ayıran dünyanın 5 ölkəsindən biri olan Səudiyyə Ərəbistan radikal qərar verib.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanı yerli silah istehsal edəcək sənaye şirkəti yaratdığını bəyan edib. Silah idxalını azaltmaq istəyən krallıq 3 milyard dollar yardım göstərəcəyi GSMH firmasını 2030-ci ilə qədər dünyanın  ən aparıcı 25 şirkəti sırasına daxil etmək istəyir.

Səudiyyə Ərəbistanı Baş Sərmayə Fondunun verdiyi açıqlamada şirkətin istehsal və xidmət sahələri də açıqlanıb.

Qurulacaq şirkət ilk növbədə pilotsuz uçan aparatlar (PUA), hərbi avtomobil, silah, sursat, raket istehsalı sahələri üzərində iş aparacaq. Bundan əlavə müdafiə elektronikası və elektron hərbi rabitə sahəsində fəaliyyət aparılacaq.

Qeyd edək ki, hal-hazırda Səudiyyə Ərəbistanın müdafiə xərclərinin cəmi 2%-i daxili istehsalın payına düşür.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər