Ərdoğan “Vurarıq!” dedi – Türkiyə Silahlı Qüvvələri hərəkətə keçdi

Ərdoğan “Vurarıq!” dedi – Türkiyə Silahlı Qüvvələri hərəkətə keçdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfəri zamanı “YPG və PYD-dən Türkiyəyə qarşı hər hansı bir hücum olarsa, heç kəsdən soruşmada hava zərbələri endirərik” mesajı vermişdi.

Avropa.info xəbər verir ki, Ərdoğanın mesajı çərçivəsində Türkiyə Silahlı Qüvvələri ehtimal olunan hücuma qarşı döyüş hazırlığı vəziyyətinə gətirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, sərhədin Suriya və İraq tərəfində qərarlaşan terror təşkilatı PKK/YPG/PYD ünsürlərindən gələ biləcək hər hansı hücuma qarşı aparılan hazırlıqlar başa çatıb. Bu çərçivədə Hava Qüvvələri Komandanlığı istifadə oluna biləcək hərbi hava bazalarında hərbi hazırlıq tədbirlərini başa çatdırıb.

Quru Qoşunları Komandanlığına bağlı qüvvələr də ehtimal oluna biləcək ölkə sərhədi xaricində hərbi əməliyyatlar üçün ssenarilər hazırlayıb. Bununla bağlı sərhədə zirehli texnika və sursat göndərilib, bəzi hərbi birləşmələr sərhədə yaxın ərazilərə dislokasiya edilib.

Sərhəd xəttində yerləşdirilən birləşmələrə logistika dəstəyi verilməsi sahəsində də işlər başa çatdırılıb. Regiona türk əsgəri üçün çadır və konteynerlər göndərilib, ehtiyacların təmin olunması üçün hazırlıqlar yekunlaşıb.

Hazırlıqlar çərçivəsində Suriya və İraqın şimalında terror təşkilatı üzvlərinin olduğu bölgələrin qarşısında növbə çəkən birləşmələr gücləndirilmiş iş rejiminə keçib.

Terror təşkilatı PKK/YPG/PYD ünsürlərinin yer aldığı Afrinin qarşısındakı Hatay sərhədi, Telabyadın qarşısındakı Şanlıurfada, Qamışlının qarşısındakı Mardində, İraq sərhədində baş verən proseslər hərbçilər və kəşfiyyat tərəfindən nəzarət altına alınıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər