Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Mayın 20-dən 21-dək Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı  Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin  mədəniyyət və turizm günləri keçiriləcək.

Tədbir “Bakı-2017” IV İslam  Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin  təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş  tutacaq.

Səfirliyin Mədəniyyət və turizm müşavirliyindən verilən məlumata görə, səfirliklə  yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən  100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00- dan gecə 00:00-dək davam edəcək.  Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da  bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri  Ansamblı, Tarixi Mehtaran Ansamblı  (https://www.youtube.com/watch?v=Y4o7ttdxdKk ), Türk xalq musiqisindən  Volkan Gözüböyük (https://www.youtube.com/watch?v=Pvzy3s5cCIM), Meltem  Seyfelioğlu (https://www.youtube.com/watch?v=syONZBgU61M), Türk sənət  musiqisindən Günay Şimşek (https://www.youtube.com/watch?v=sf1dFbVoaIc),  Yıldız Çam Özdemir (https://www.youtube.com/watch?v=CkRtsy7j31s) kimi  görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa Türkiyənin Dövlət  Operasının məşhur tenoru Emrah Sözer  (https://www.youtube.com/watch?v=JTBeGSdXMdM ) və sopranosu Aslı Kıyıcı  (https://secure.dobgm.gov.tr/opera2013/wsan2013.aspx?SicilNo=921) ziyarətçilərə  ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar  müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da  pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-  telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini  göstərəcəklər.

Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl  nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-  şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir  meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə  Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media  mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

Əlaqə üçün:  Dr.İrfan ÇİFTÇİ – Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm  Müşaviri

Mob: +99450 717 85 80

Email: bakuktm@gmail.com

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər