İslamiada: Azərbaycan para-atleti qızıl medal qazandı

İslamiada: Azərbaycan para-atleti qızıl medal qazandı

Azərbaycanı “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Yelena Çebanu daha bir qızıl medal qazanıb.

36 yaşlı idmançı bu dəfə 200 metr məsafəyə qaçışda fərqlənib.

O, finişə 24,69 saniyəyə çatıb. Gümüş medalı indoneziyalı Endanq Sitorus 26,73 saniyə, bürünc medalı isə mərakeşli Meryem En-Nuri 31,29 saniyə nəticə ilə əldə edib.

Qeyd edək ki, Yelena Çebanu mayın 16-da 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Report

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər