İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçdi

İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçdi

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün 4 növ üzrə medallar sahiblərini tapıb.

Azərbaycan idmançıları bütün növlərdə mükafatçılar sırasına düşməyi bacarıblar.

Onlar ümumilikdə 8 medal qazanıblar ki, bunların da yarısı qızıl olub. Ən yüksək əyarlı medallara sərbəst güləşçilərdən Mahir Əmiraslanovla (57 kq) Nurməhəmməd Hacıyev (97 kq), 10 metrlik platformadan suya tullanma yarışında Olqa Bıkovskaya və para-atletikanın 200 metr məsafəyə qaçış yarışında Yelena Çebanu yiyələnib.

Gümüş medalları sərbəst güləşçi Məhəmməd Müslümov (65 kq) və stolüstü tennisçi Jinq Ninq əldə edib.

Bürünc medallara isə stolüstü tennisçi Miao Vanq və 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında Artyom Danilov – Dmitri Sorokin dueti sahib çıxıb.

Bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 124-ə yüksəlib. Medallardan 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Beləliklə, Azərbaycan medal əyarında Türkiyəni geridə qoyub. “Ay-ulduzlular”ın 61 qızıl, 56 gümüş və 45 bürünc olmaqla, ümumilikdə 162 medalı var.

1 Azərbaycan 63 35 26 124
2 Türkiyə 61 56 45 162
3 İran 20 24 30 74
4 Özbəkistan 14 15 28 57
5 Bəhreyn 9 4 3 16
6 Əlcəzair 7 12 17 36
7 İndoneziya 6 28 20 54
8 Misir 6 4 7 17
9 Mərakeş 6 3 12 21
10 Qırğızıstan 3 3 7 13
11 İordaniya 3 1 11 15
12 Səudiyyə Ərəbistanı 3 0 6 9
13 Türkmənistan 2 4 6 12
14 İraq 2 4 3 9
15 Qazaxıstan 2 3 9 14
16 Qətər 2 2 6 10
16 Suriya Ərəb Respublikası 2 2 6 10
18 Kamerun 1 2 5 8
19 Tunis 1 1 8 10
20 Seneqal 1 1 1 3
21 Banqladeş 1 1 0 2
21 Qambiya 1 1 0 2
23 Benin 1 0 1 2
23 Qvineya-Bisau 1 0 1 2
23 Mozambik 1 0 1 2
26 Pakistan 0 2 4 6
27 Oman 0 2 3 5
28 Nigeriya 0 2 1 3
29 Qayana 0 1 2 3
29 Surinam 0 1 2 3
29 Birləşmiş Ərəb Əmirliyi 0 1 2 3
32 Cibuti 0 1 1 2
33 Uqanda 0 1 0 1
34 Fil Dişi Sahili 0 0 4 4
35 Livan 0 0 1 1
35 Malayziya 0 0 1 1
37 Əfqanıstan 0 0 0 0
37 Albaniya 0 0 0 0
37 Bruney Darüssəlam 0 0 0 0
37 Burkina-Faso 0 0 0 0
37 Çad 0 0 0 0
37 Qəmər adaları 0 0 0 0
37 Qabon 0 0 0 0
37 Qvineya 0 0 0 0
37 Maldiv adaları 0 0 0 0
37 Mali 0 0 0 0
37 Mavritaniya 0 0 0 0
37 Niger 0 0 0 0
37 Fələstin 0 0 0 0
37 Syerra-Leone 0 0 0 0
37 Somali 0 0 0 0
37 Tacikistan 0 0 0 0
37 Toqo 0 0 0 0
37 Yəmən 0 0 0 0

Report

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər