Yerevanda Bakını götürməyə və “məsələni bağlamağa” çağırdılar

Yerevanda Bakını götürməyə və “məsələni bağlamağa” çağırdılar

Bu gün erməni hərbçiləri, necə deyərlər, bəyanatları bir-birinə calayıblar. İlk öncə “DQR” özünümüdafiə qüvvələrinin komandiri Arkadi Karapetyan fərqlənib. O, “Birinci informasiya” nəşrinə müsahibəsində deyib ki, “milləti cəmləmək, Bakını götürmək və bununla da məsələni qəti qapatmaq lazımdır”.

A.Karapetyan bildirib ki, “Kazan planları, Madrid prinsipləri və başqa adlı belə güzəştləri” qəti surətdə tanımır. “Onların hər biri bizim üçün ən biabırçı razılıqdır… Bizim güzəştə gedəcək nəyimizsə yoxdur”, – deyə Karapetyan vurğulayıb.

“Mən təklif edirəm: Bakını götürürük və məsələni qəti bağlayırıq. Amma Bakını götürmək üçün biz millətimizi nizami hala gətirib çıxarmalıyıq. Kimin nə deməsindən və hətta dünya sahiblərinin arzusundan asılı olmayaraq, bu məhz belə də olacaq. Onlara elə gəlir ki, hər şeyi onlar həll edir, hər şeyə onlar qərar verirlər. Amma elə deyil, bu məsələni xalq həll edəcək. Allahdan arzu edək ki, bu məsələnin həllində bizə kömək olsun. Bu, keçmiş müharibədə, apreldə də belə idi və indi də belə olacaq. Problem ondadır ki, kim buna inanır və ya inanmır. Mən heç kəsi qınamıram, sadəcə onların anlayışları belədir. Əgər deyirlərsə ki, biz çox kiçiyik, ona görə Ermənistanı bağlamaq və getmək lazımdır?” – erməni hərbçisi bildirib.

Öz növbəsində erməni generalı Norat Ter-Qriqoryants da bildirib ki, “Artsax” öz Ali sovetinin vaxtilə verdiyi qərarını yerinə yetirməli və Ermənistanla birləşməlidir.

Ermənistanda gizlətmirlər ki, erməni silahlı qüvvələri mövcud məqam və imkandan istifadə edə və yeni hərbi vəziyyət formalaşdıra bilər. Bu haqda Yerevan nəşrləri açıq yazır.

Azərbaycan Müdafiə Nazirliyi Təlim Mərkəzinin Kəşfiyyat kafedrasının sabiq rəisi, polkovnik, hərbi ekspert Xətai Baxışov isə hesab edir ki, erməni təhdidlərindən ehtiyat etmək lazım deyil, ancaq düşmən tərəfindən təxribatlar gözləmək olar. “Yeri gəlmişkən, onlardan biri Xankəndindən Şuşaya uçuşların təşkili haqda informasiya oldu”, – deyə virtualaz.org-a açıqlamasında Baxışov bildirib.

O deyib ki, “mülki təyyarələri vurmaq lazım deyil” fikri ilə də razı deyil: “Bu, Azərbaycanın hava məkanıdır. Bundan başqa, Bakı artıq ATƏT-in Minsk Qrupunu Qarabağ üzərində uçuşlara imkan verməməyə çağırıb”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər