Dünya ölkələrində benzinin qiyməti – Siyahı

Dünya ölkələrində benzinin qiyməti – Siyahı

Tarif Şurasının ötən günkü iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minib.

Tarif Şurası benzinin bahalaşdırılmasını ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması ilə əlaqələndirib.

Tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.

Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Bəs dünya ölkələrində benzinin qiyməti hansı səviyyədədir? Modern.az bununla bağlı kiçik araşdırma aparıb.

İsraildə və Niderlandda benzinin 1 litrinin qiyməti 1.64 Amerika dollardır. Bu, Danimarkada 1.57, Yunanıstanda, İtaliyada 1.62, İslandiyada 1.82, Fransada 1.45, Böyük Britaniyada 1.48, Norveçdə 1.79  Türkiyədə isə 1.44 dollardır.

Honq-Konqda isə benzinin bir litrinin qiyməti 1.90 dollardır.

Benzinin 1 litrinin yuxarıdakı siyahı ilə müqayisədə daha ucuz olduğu ölkələr də var.

Məsələn, Venesuelada benzinin 1 litri 0.01 Amerika dolları, Səudiyyə Ərəbistanında 0.24, Türkmənistanda 0.27, Küveytdə 0.34, İran və Misirdə 0.36, Qətərdə 0.45, ABŞ-da isə 0.68 dollardır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər