“FETÖ dünya ictimaiyyətində yanlış rəy yaradır”  – Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti 15 iyul hadisələrindən danışdı

“FETÖ dünya ictimaiyyətində yanlış rəy yaradır”  – Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti 15 iyul hadisələrindən danışdı

Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyədə səfərdə olan bir qrup Azərbaycan və xarici media nümayəndələri ilə görüşüb.

Avropa.info-nun direktoru Ruslan Bəşirli Ankaradan xəbər verir ki, Kərəm Kınık deyib ki, ötən il 15 iyul hərbi çevrilişə cəhd gecəsi, saat 22.00-23.00 radələrində Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına prezident Rəcəb Tayyib Ərdoğanın çağırışına uyğun olaraq insanların toplaşdıqları yerlərə getməyi tapşırıblar.

Qızıl Aypara Cəmiyyətinin əsas missiyasının təbii fəlakətlər də daxil olmaqla, ümumən fəlakətlər dövründə cəmiyyətə yardım etmək olduğunu söyləyən K. Kınık qeyd edib ki, həmin gecə Türkiyə Qızıl Aypara Cəmiyyətinin Ankara üzrə şöbə müdiri Sərhad Öndər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah binası önündə şəhid olub:

“15 iyulda Fətullahçı Terror Təşkilatı (FETÖ) hərbi çevriliş cəhdinin qarşısı alındı. Hərbi çevriliş zamanı yaralanan insanlarla əlaqədar xəstəxanaları kifayət qədər qan ehtiyatı ilə təmin etdik”.

K.Kınık hərbi çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəsi olan insanları Qızıl Aypara Cəmiyyətindən xaric etdiklərini deyib.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Cenevrə Konvensiyasına əsasən, silahlı birləşmələrin mülki insanlara atəş açmasının hərbi cinayət olduğunu söyləyib. Kamal Kınık deyib ki, həmin gün hərbi çevriliş cəhdi edənlər mülki əhaliyə vertolyotlardan da atəş açıblar: “Bu faktın özü belə beynəlxalq təşkilatların, dövlətlərin, məhkəmənin Türkiyə xalqının yanında olmasını təmin etməyə yetərlidir. Amma biz görürük ki, FETÖ dünya ictimaiyyətində də yanlış rəy yaradır. Keçən il Məkkədə həcc ziyarətində olanda bir pakistanlı mənə dedi ki, Rəcəb Tayyib Ərdoğanın çevriliş edərək 150 min insanı öldürməsi doğrudurmu? Bu, FETÖ-nün dünyada yanlış ictimai rəy yaratmaq istiqamətində səylərinin nəticəsidir”.

Kamal Kınık xarici ölkələrin media təmsilçilərinə Türkiyəyə səfər etdiyi üçün təşəkkür etdiyini bildirib və mediadan Türkiyənin haqlarını qorumağı xahiş edib.

Ruslan Bəşirli

Avropa.info

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər