Ərdoğan: Millətimiz, FETÖ-nün başındakı şarlatanın xəyanət ordusuna əsgər yazılanlardan bunun hesabını mütləq soruşacaq.” – Fotolar

Ərdoğan: Millətimiz, FETÖ-nün başındakı şarlatanın xəyanət ordusuna əsgər yazılanlardan bunun hesabını mütləq soruşacaq.” – Fotolar

FETÖ-nün 15 İyul hərbi çevriliş cəhdinin birinci ili münasibəti ilə Ankarada “15 İyul Şəhidlər Abidəsi”nin açılışı reallaşıb.

Avropa.info verir ki, 16 türk dövlətini təmsil edən əsgərlərin də olduğu “15 İyul Şəhidlər Abidəsi”nin açılışı, prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım tərəfindən edilib.

Açılışda çıxış edən Rəcəb Tayyib Ərdoğan, “Şəhidlər abidəsi, gələcək nəsillər üçün də İnşallah davamlı bu anı xatırladacaq” deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan, Beştəpədəki “15 İyul Şəhidlər abidəsi” nin açılış mərasimində, Türkiyənin yaşadığı ən böyük xəyanətlərdən biri olan 15 iyulun birinci il dönümündə şəhidlərə Allahdan rəhmət, qazilərə sağlamlıq diləyib.

“15 iyulu nə özümüz unudacağıq, nə də bizdən sonrakı nəsillərə unutturacağıq. Biz bu gün necə Çanaqqalanı, Qurtuluş Döyüşünü unutmur, hər fürsətdə yad edir, bu mübarizələrdən lazım olan dərsləri çıxarırıqsa, 15 iyulu da belə bir dönüş nöqtəsi olaraq görürük . Əslində dastanların tək bir qəhrəmanı olur, 15 İyulun isə milyonlarla qəhrəmanı var. Bizim etdiyimiz tək şey, o gecə millətimizlə birlikdə olmaq idi. O gecə millətimizlə ürək ürəyə, baş-başa, qol-qola Feto-cu xainlərə və onları istifadə edən güclərə qarşı meydan oxuduğumuz üçün bu gün buradayıq.


Dünyanın müxtəlif yerlərində, ştatlarda hər hansı bir hadisədə, rahatlıqla fövqəladə vəziyyət elan edilə bildiyini, Fransada terroristlərin 10-15 adamı öldürməsinin ardından 1 il fövqəladə vəziyyət qərarı verildiyini dilə gətirən Rəcəb Tayyib Ərdoğan, “Burada bizim dövlətimizi yıxmağa təşəbbüs edirlər, 250 şəhidimiz, 2 min 193 qazimiz var. Biz bu qərarı verərkən Corcamı soruşacağıq, Hansamı soruşacağıq? Bizim  hüquq sistemi içərisində parlamentimiz var, fövqəladə hal parlamentimizdən gəlir, keçsə mənə gəldiyi zaman mən də bunu imzalayacağam. Bu qədər açıq söyləyirəm.”


O gecə canları bahasına küçələrə tökülən milyonları görməyənlərin, FETÖ-dən, PKK-dan həbs olunanlarlar üçün özlərini parçaladıqlarına diqqəti çəkən prezident Ərdoğan, sözlərinə belə davam edib:

“Budur ən son Hamburq G20-də bizdən onları soruşurdular. Bu 250 şəhidi, 2 min 193 qaziləri soruşmurlar. Görəsən İstanbulda 1 milyon insan nə üçün  bir araya gəldi? Bunu soruşmurlar. Bu gün 81 vilayətdə bu insanlar nə üçün küçələrdədir? Bunu soruşmurlar. Nə üçün? Çünki işlərinə yaramır. Bəziləri də sözdə ədalət yürüyüşü edir. Nə üçün?”

Nə etsək də  Avropa Birliyinin rəftarı ortadadır. 54 il keçdi, 54 il. Bunlar verdikləri sözləri tutmazlar, viza tətbiqi dedilər sözlərini tutmadılar. Qaçqınlar üçün pul verəcəklərini dedilər etmədilər. Biz öz göbəyimizi özümüz kəsəcəyik, bunun başqa çarəsi yoxdur.

Parlamentin 15 iyulla bağlı xüsusu iclasında belə aranıqarışdırmağa səy edirlər. Hərbi çevriliş gecəsi cəsarət göstərib küçəyə çıxmayanlar, “igidlik hər kəsin işi deyil” deyib bunu etsəydilər, anlayardıq. Amma “hərbi çevriliş üçün tanklar gələrsə onların önünə ən əvvəl mən çıxaram “deyib qaçanları anlamırıq. Türk millətinin varlıq-yoxluq mübarizəsi etdiyi bir dövrdə terrorçularla sözdə ədalət yürüyüşü edir. Terror təşkilatının dəstəklədiyi şəxslərlə birlikdə qol-qola. Xəstə imiş, bələdiyyə sədri imiş,  xəstə olduğu üçün həbsdən çıxsın deyilən adam indi necə gedir bu yolu. Həssas olacağıq. Bunlar xəstə filan deyil. Hamısı yalandır. Türkiyə düşmənləri ilə, Pensilvaniya ilə eyni dili istifadə edərək özlərinə səf seçənləri əsla bağışlamayacağıq. Millətimiz, FETÖ-nün başındakı şarlatanın xəyanət ordusuna əsgər yazılanlardan bunun hesabını mütləq soruşacaq” deyə Ərdoğan çıxışında qeyd edib.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər