Sarkisyan Rusiyaya qarşı: “Putin Azərbaycana silah satışına görə cavab verməlidir”

Sarkisyan Rusiyaya qarşı: “Putin Azərbaycana silah satışına görə cavab verməlidir”

Rusiyanın Azərbaycana silah satması erməni-rus münasibətlərinin ən ağrılı tərəfidir.

Avropa.info xəbər verir ki, bu barədə “Armenia” telekanalına müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan danışıb.

“Bu erməni-rus dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının, ümumilikdə münasibətlərimizin ən ağrılı tərəfidir. Bu məsələ çox şeyə kölgə salır. Digər tərəfdən bəzi şərtlər var ki, bizim tərəfimizdən qəbuledilməzdir, onlar üçün qəbulediləndir. Hələ ki, ciddi heç nə baş verməyib. Nə vaxtsa ciddi nəticələr baş versə, o zaman ittiham etmək olar. Əgər ciddi nəticələr ollmayacaqsa, biz Rusiya tərəfinin regionda vəziyyəti stabilləşdirməsinin uzunmüddətli fəaliyyətinə ümid etməliyik” – Sarkisyan belə deyib.

Bəzi siyasətçilərin “Yerevan “Rusiya ilə hərbi əməkdaşlığına yenidən baxmalıdır” şərhinə Sarkisyan belə cavab verib:

“Bunlar çox pis vəziyyət yarada biləcək təhlükəli sözlərdir. Yenidən baxmaq lazımdır deyəndə nəyə baxmaq və kiminlə münasibətləri yaxşılaşdırmağı deyirsiz – Türkiyə, ya NATO ilə? Fikirləşirsiniz ki, hər kəs qollarını açıb gözləyir ki, Ermənistan ona tərəf gələcək?”

Ermənistan prezidenti ölkəsinin balanlaşdırılmış xarici siyasət apardığını, yaxın müttəfiqlərinin olduğunu və onlarla əməkdaşlıq etdiyini deyib.

Sarkisyan Rusiyanın Azərbaycana silah satışı ilə bağlı bu ölkənin rəsmi qurumlarının açıqlamasının olmasından danışıb: “Əgər Rusiya siyasətçisi və ya analitik və ya hər hansı bir vəzifəli şəxs nəsə deyirsə, bu Rusiya tərəfinin cavabı olmasına anlamına gəlmir. Rusiya tərəfindən prezident, XİN rəhbəri bunu cavablandırmalıdır. Rəsmi cavab olmalıdır”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər