Netanyahu Putin və Tramp arasında bağlanan müqaviləyə qarşı çıxdı

Netanyahu Putin və Tramp arasında bağlanan müqaviləyə qarşı çıxdı

İsrail hakimiyyəti Rusiya və müttəfiqləri tərəfindən təklif olunan Suriyanın cənubunda atəşkəs zonasının yaradılması planını tənqid edib.

Avropa.info xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu müqaviləni “çox pis” adlandırıb. Ona görə müqavilə İran hərbçilərinin regionda iştirakını legitimləşdirir. Netanyahu bu barədə Parisdə Fransa prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

İsrail hakimiyyəti ehtiyat edir ki, İran hərbi məsləhətçilər göndərərək və yeni hava və dəniz bazaları inşa edərək Suriyada iştirakını xeyli genişləndirsin.

Dünən axşam Netanyahu atəşkəs müqaviləsini ABŞ dövlət katibi Reks Tillersonla müzakirə edib.

Qeyd edək ki, Suriyada atəşkəs rejimin əldə olunması Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Hamburq şəhərində keçirilən görüşündə razılaşdırılmışdı. Formal olaraq 9 iyulda qüvvəyə minən razılaşma Dəra, Kuneytrə, Sueyda vilayətlərini, İsrail, İordaniya sərhədlərini əhatə edir. Müqavilə Rusiya, ABŞ və İordaniya arasında bağlanmışdı.

Öz növbəsində Netanyahu deyib ki, müqavilədə İsrailin maraqları nəzərə alınmayıb. İsrail həmin rayonlara İran və “Hizbullah”ın buraxılmaması üçün İsrail və İordaniya sərhədlərinə amerikan hərbçilərinin nəzarət etməsini təkid edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər