DİN İcra Hakimiyyəti işçilərinin atəşə tutulması ilə bağlı rəsmi məlumat yaydı

DİN İcra Hakimiyyəti işçilərinin atəşə tutulması ilə bağlı rəsmi məlumat yaydı
İyulun 14-də Abşeron rayonunda silahlı insident baş verib.
Avropa.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan “Makarov” markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər