Dünya çempionunun barda döydüyü qız danışdı: “Oturanda başımdan vurdu”

Dünya çempionunun barda döydüyü qız danışdı: “Oturanda başımdan vurdu”
Xəbər verdiyimiz kimi, boks üzrə Dünya çempionu Elvin Məmişzadə iyulun 16-da gecə klubunda xanımlardan birini vurub.
Avropa.info yenicag.az-a istinadən xəbər verir ki, lakin adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.
O, hadisənin təfərrüatını belə izah edib:
“Mənə sadəcə, sillə dəyib. “26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər