Bakıda sürücülər kondisionerlərə görə cərimələnəcək – Video

Bakıda sürücülər kondisionerlərə görə cərimələnəcək – Video
Havaların isinməsi ilə hamı çalışır ki, özünü bir cürə istidən qorusun. Xüsusən sürücülər bu aylarda avtomobildə kondisionerdən daha çox istifadə edirlər. Hətta bəzi sürücülər avtomobili kondisioner işlək vəziyyətdə qoyur ki, maşın sərin qalsın. Bu isə avtomobilə zərəri ilə yanaşı qayda pozuntusu sayılır.
Avropa.info-nun xezerxeber.az-a istinadən verdiyi məlumata görə, isti yay günlərində bəzi sürücülər avtomobil sərin qalsın deyə kondisioner işlək vəziyyətdə avtomobili park edirlər.
Səbəb kimi isə bunu isti havalarla əlaqələndirilər. Ekspertlər isə bunun “Yol hərəkəti haqqında” qanunlara zidd olduğunu deyirlər. Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.
Avtomobilin kondisioneri işlək halda uzun müddət parklanmış vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.
Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər