“Qıraq adam gəlsə, burada 1 saat yaşamaz” – Sumqayıt sakinləri təhlükədə

“Qıraq adam gəlsə, burada 1 saat yaşamaz” – Sumqayıt sakinləri təhlükədə

Sumqayıt şəhəri 5-ci məhəllə ev 15/32-də yerləşən binada vəziyyət acınacaqlıdır.

Avropa.info ARB 24-ə istinadla xəbər verir ki, ötən əsrin altmışıncı illərində inşa olunan 3 mərtəbəli tikili qəzalı vəziyyətdədir.

Mənzillərdə çatlar əmələ gəlib, döşəmələri də ürəkaçan vəziyyətdə deyil. Binanın küçəyə baxan hissəsi isə təhlükəli haldadır.

Firuzə Əsgərova – sakin: “42 ildir ki, bu həyətdə yaşayıram. Gözəl həyətdir. Hal-hazırda evimiz uçur. Hər yerə şikayət etmişik. Döşəmə və evimiz aralanıb, pəncərə uçur, qapı yatıb.
Eldar İbrahimov – sakin: “Günü-gündən çatlar genişlənir. Evdə yatanda hiss edirsən ki, səs gəlir”.

Sakinlərin sözlərinə görə, burada yaşamaq dözülməz həddə çatıb. Bir müddət əvvəl binaya baxış keçirilib, xırda təmir işləri aparılsa da bu sakinlərin dərdinə əlac olmayıb. Sakinlərin dediyinə görə, binanın ətafından keçərkən diqqətli olmaq lazımdır. Əks halda göydən yağan daş insanı o dünyalıq edə bilər.

Anar Məmmədov (sakin) : “Qorxa-qorxa yatırıq. Körpə uşaqlarımız var. Vəziyyəti də özünüz görürsünüz. Qıraq adam gəlsə, burada 1 saat yaşamaz”.

Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa cəhd etdik. Lakin nə 1 saylı Mənzil Kommunal Sahəsində, nə də ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində suallarımıza cavab verən məsul şəxsi tapmadıq. Daha sonra şəhər İcra Hakimiyyətindən şifahi olaraq bildirdilər ki, binaya baxış keçirilib, məsələ araşdırılaraq müvafiq addımlar atılacaq.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər