Türkiyə 4 mindən çox Rusiya vətəndaşını qara siyahıya saldı

Türkiyə 4 mindən çox Rusiya vətəndaşını qara siyahıya saldı

Türkiyə hökuməti İŞİD qruplaşması ilə əlaqədə şübhəli bildiyi 4128 nəfər Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Avropa.info xəbər verir ki, 2011-ci ildə bu yana eyni səbəbdən 804 rusiyalı ölkədən deportasiya edilib. Məlumatı Türkiyə DİN yayıb.

Ümumilikdə “qara siyahı”ya İŞİD-lə əlaqədə şübhəli bilinən 146 ölkədən 53781 nəfərin adı salınıb. Vətəndaşlarına qadağa tətbiq olunan ölkələr arasında Səudiyyə Ərəbistanı (7523 nəfər) liderlik edir. Ondan sonra Tunis (4605) və Rusiya gəlir. 2011-ci ildə bəri deportasiya olunanlar siyahısında isə Rusiyadan sonra 435 nəfər İndoneziya, 308 nəfər Tacikistan vətəndaşı var.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər