“Bu günün günorta çağı soyğundur” – Lavrov Ağ Ev rəsmilərini “yoldan keçən quldur” adlandırdı

“Bu günün günorta çağı soyğundur” – Lavrov  Ağ Ev rəsmilərini “yoldan keçən quldur” adlandırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun müsadirə etdiyi diplomatik əmlakı Rusiyaya qaytarmayacağı barədə Amerika mətbuatının yaydığı xəbəri şərh edib.

Avropa.info xəbər verir ki, Lavrov bu açıqlamanı “günün günorta çağı soyğun” adlandırıb.

“Əgər bu belədirsə, bu günün günorta  çağı soyğundur. Belə çıxır ki, hansısa yoldan keçən quldurlar vəziyyəti şərh edir. Necə yenə ratifikasiya olunmuş hökumətlər arası müqavilə ilə alınmış əmlakı başqasının əlində almaq. Qaytarmaq üçün isə “nə mənimdir mənimdir, nə sənindir böləcəyik” prinsipinə görə hərəkət edirlər” – Lavrov belə deyib.

Rusiyalı nazir Donald Tramp administrasiyasında sağlam düşüncəli adamların qaldığına ümid etdiyini deyib.

Qeyd edək ki, ABŞ KİV-i Ağ Evin yüksəkvəzifəli rəsmisinə istinadən xəbər yaymışdı ki, ABŞ əvəzində nə isə almadan Rusiyanın diplomatik əmlakını qaytarmayacaq.

Xatırladaq ki, 2016-cı ilin sonunda sabiq ABŞ prezidenti Barak Obama Rusiyanın ABŞ-dakı səfirliyinə məxsus istirahət evini müsadirə etmiş, 35 diplomatı ölkədən çıxarmışdı.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər