5G texnologiyasını dünyada ilk tətbiq edəcək ölkənin adı açıqlandı

5G texnologiyasını dünyada ilk tətbiq edəcək ölkənin adı açıqlandı

San-Marino respublikası 5G texnologiyasını ölkə boyu tətbiq edəcək ilk ölkə olacaq.

Avropa.info xəbər verir ki. ölkə yeni nəsil şəbəkəyə 2018-ci ildə keçəcək. San-Marino İtaliya daxilində anklav ölkə sayılır. Yerli rabitə operatoru Telecom Italia Mobile (TIM) ölkəni yeni texnologiyanın sınağı meydanı kimi istifadə etmək fikrindədir.

Avrokomissiyanın hesablamasına görə 2025-ci ilə kimi yeni texnologiyaya keçid üçün 113 milyard avro investisiya lazım olacaq.

Hal-hazırda 5G texnologiyasını əksər dünya ölkələrinin mobil operatorları sınaqdan keçirir. Ən böyük fəallığı Cənubi Koreya göstərir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər