“Latviyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında çox böyük rolu var” – İlham Əliyev

“Latviyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında çox böyük rolu var” – İlham Əliyev

“Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir”.

Avropa.info-nun məlumatına görə, bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bu ilin əvvəlində Brüsellə uğurlu səfər etdiyini xatırladıb. O bildirib ki, səfərdən bir gün sonra Avropa Komissiyasıilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlayıb: “Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir”.

Prezident qeyd edib ki, Latviyanın Azərbaycan-Avropa İttifaqıəlaqələrinin inkişafında çox böyük rolu var.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər