PKK terror təşkilatının işğal altında olan Qarabağda , Ermənistanda, Gürcüstanda təlim bazaları var və onları erməni hökuməti himayə edir – Fotofakt

PKK terror təşkilatının işğal altında olan Qarabağda , Ermənistanda, Gürcüstanda təlim bazaları var və onları erməni hökuməti himayə edir – Fotofakt

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbəy, PKK terror təşkilatının Gürcüstanda təşkilatlanmağa başladığını bildirib.

Avropa.info xəbər verir ki, PKK terror təşkilatının Gürcüstan paytaxtı Tiflisdə və Ermənistanda ciddi təşkilatçılıq fəaliyyəti ilə məşğul olduğunu bildirən Gülbey, terrorçuların Gürcüstanda hətta jurnal belə buraxdığını deyib.

“PKK-nın Gürcüstanda yaratdığı təşkilatlardan başqa, terror təşkilatının təsirində olan Ermənistan dövləti və Ermənistan Diaspora Nazirliyi tərəfindən maddi olaraq dəstəklənən” Kürdüstan Yezidilər İttifaqı” fəaliyyət göstərir. Bundan başqa PKK-çılar  Gürcüstanda özlərinə tərəfdar toplamaq və təbliğat aparmaq üçün çıxardıqları “Gilavej” (Səhər Ulduzu) adlı jurnal buraxırlar. Bu təşkilatlanmanı və fəaliyyətləri təşkil edən Gürcüstan paytaxtı Tiflisdə yaşayan, PKK terror təşkilatının liderlərindən olan Abdulrəhman Pariyev adlı şəxsdir. Onun yardımçısı isə “Kürdüstan İnsan Haqlarını Qoruma Birliyi” adlı “təşkilatın” əsas simalarından sayılan , kod adı Avroman olan Osman Bəydəmir adlı şəxsdir. Bu adam Türkiyədə PKK terrorçusu olaraq axtarışda olmasına baxmayaraq Gürcüstan və Ermənistana problemsiz giriş-çıxış edə bilir.

Bununla yanaşı Ermənistan işğal etdiyi Azərbaycan torpağı Qarabağda yerləşdirdiyi və Göyçə gölü ətrafındakı Vardenes düşərgəsində təlim keçdiyi PKK -çıları  Gürcüstandakı yezidi kürdlərin köməyi ilə sərhəddən qaçaq olaraq Qara Dənizə keçirir. Buradan da Türkiyə ərzisinə keçən terrorçular terror aktları törətməyə cəhd edirlər. Ermənistan Diaspora Nazirliyinin Rizə və Artvin bölgəsində yaşayan həmşinlər üzərində də oyunlar oynayaraq, onların erməni əsilli olduqlarını iddia edən panel və konfranslar təşkil etməklə, təssüf ki, bəzilərini buna inandıra biliblər. Bu erməni olduqlarına inanan həmşinilər bölgədə terror təşkilatının siyasi qolu HDP ilə hərəkət edərək PKK-ya dəstək verirlər. Daxili və Xarici İşlər Nazirliklərimizi bu məsələləri araşdırmağa dəvət edirik” deyə Gülbəy qeyd edib.

ASMDER sədri həmçinin PKK-nın Gürcüstandakı fəaliyyəti ilə bağlı sənədlər də yayıb.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər