Bakıda həyəcanlı anlar: yanacaqla dolu çən qoşqudan yola düşdü

Bakıda həyəcanlı anlar: yanacaqla dolu çən qoşqudan yola düşdü

Paytaxtın Xətai rayonunda yaşanan hadisə ətrafda yaşayan sakinlərin təşvişinə səbəb olub.

Avropa.info xəzər tv-yə istinadən xəbər verir ki, bu görüntülər Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsindəndir.

Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan nəqliyyat vasitələrinin daim bu ərazidən keçdiyini deyiblər.

Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib.

Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan nəqliyyat vasitələri elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər