“Avtovağzal”ın ətrafında yeni yol salını

“Avtovağzal”ın ətrafında yeni yol salını

Metronun “Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsi salınıb.

Bu barədə Avropa.info-ya “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Yeni yol hissənin salınması metronun “Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, avtonəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq. Yeni yol hissəsinin ümumi uzunluğu 44 eni isə 20 metr təşkil edir.

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyada səkisi də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.

Bakı şəhərində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti avtonəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş-gəlişini təmin etmək üçün kompleks tədbirlər davam edir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər