Elçin Quliyev FTX-nin direktor müavini ilə görüşdü

Elçin Quliyev FTX-nin direktor müavini ilə görüşdü

Qusar şəhərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, görüşdə tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizinin akvatoriyasında mövcud vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin demarkasiya işlərinin həyata keçirilməsində birgə fəaliyyətlərin davam etdirilməsi, gələcək əməkdaşlığın perspektivləri üzrə məsələlər nəzərdən keçirilib.

Azərbaycan və Rusiya sərhəd qurumlarının rəhbərləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirmiş, qarşılıqlı əlaqələrin dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizəyə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Müzakirələr zamanı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında saxlanılmasının sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanıb.

Görüşün sonunda “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu” imzalanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər