“Trampın ABŞ diplomatlarını qovduğuna görə Putini tərifləməsi utancvericidir”

“Trampın ABŞ diplomatlarını qovduğuna görə Putini tərifləməsi utancvericidir”

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp bu günlərdə yenə də özünəməxsus tərzdə ABŞ icitmaiyyətini hiddətləndirən bəyanatla çıxış edib.

Ağ Evin rəhbəri Moskvanın ABŞ səfrliyinin öz işçilərini 755 nəfərə qədər azaltması ilə bağlı tələbindən narazılıq ifadə etmək yerinə, Putinə hətta təşəkkür edib.

“Mən Putinə burada təşəkkürləimi ifadə edirəm. Onsuz da biz səfirlik personalını azaltmağa cəhd edirdik. Şəxsən mən bu qərardan xeyli məmnun oldum. İndi bunun sayəsində bizdə daha az məmur çalışacaq”, – Tramp Nyu-Cersidə, Bedminsterdəki qolf klubunda jurnalistlər qarşısında bəyan edib.

“Biz xeyli pula qənaət edəcəyik”, – prezident yuxarıda söylədiklərinə əlavə edib.

The New York Times qəzetinin yazarı Piter Beyker mətbuatın Trampın söylədiklərinin zarafat kimi qəbul etmədiyini bildirir. “Bu adam bütün hallarda Vladimir Putini tənqid etməkdən qaçır”, – müəllif yazır.

ABŞ-ın Barak Obama dövründə Rusiyadakı səfiri olmuş Maykl Makfol səfirlik ştatının 755 adama endirilməsini ökənin diplomatik missiyasına vurulnan zərbə olaraq dəyərləndirib.

“Bizim prezidentin bu cür faktı görməzdən gəlməsi onun səfriliyin ölkənin milli maraqlarının təmsil olunmasında rolu barədə təsəvvürlərinin hansı səviyyədə olduunu göstərir. Bu adamın diplomatiyadan başı çıəmır. O hələ başa düşmür ki, Rusiyanın siyasəti haqqında düzgün təsəvvürlərin formalaşdırılmasında ABŞ diplomatlarının rolu misilsizdir”, – keçmiş səfir əlavə edib.

ABŞ Nümayəndələr palatasından demokrat Ketlin Rays da prezidenti söylədikrinə görə qınayanlar arasındadır: “Bu adam ABŞ diplomatlarını təhqir edir, həm də olduqca səfeh bir biçimdə. Diplomatları düşmən ölkədən sürgün olunduqlarına görə qovmurlar”.

Trampa qarşı Dövlət Departamentinin işçiləri də olduqca qəzəblidirlər. “Hamı məəttəl qalıb. Prezident əsl avam və yelbeyin sözlər sərf edib. Bu bziim bütün əməkdaşlarımız üçün qorxulu siqnalıdr”, – əməkdaşlardan biri nüfuzlu politico.com saytına bildirib.

Saytla söhbət edən digər məmur Trampın bu çıxışından sonra ABŞ xarici siyasət idarəsini daha çox kadrın tərk edəcəyini vurğulayıb: “Prezidentin ölkə üçün təhlükəli bir məqamda insanları həvəsdən salan və hörmətsizlik ifadə olunan cümlələr sərf etməsi yolverilməzdir”.
ABŞ dövlət katibinin keçmiş müavini Nikolas Berns isə Trampın fikirlərini rəzilllik adlandırıb. Berns ABŞ prezidentinin Dövlət Departamentinə qarşı hörmətsiz münasibəti ilə Putinin amerikan diplomatlarına qarşı ləyaqətsiz davranışlarına haqq qazandırdığını vurğulayıb.
Hər halda ABŞ mətbuatı Vaşinqtonun Moskvanın bu hərəkətinə qarşı tədbirlər görmək hazırlığında olduğunu yazıb.

Mətbuatın yazdığına əsasən, görüləcək tədbirlər planı ilə bağlı dövlət katibi Reks Tillerson sentyabrın 1-nə qədər açıqlama verməlidir. Lakin planın müəyyən detalları jurnalistlərə agah olub.

“Kommersant” qəzetinin yazdığına görə, ABŞ Rusiyanın baş konsulluqlarından birini bağlamağı düşünür. Məlum olduğu kimi, ABŞ-ın Rusiyada Sankt Peterburq, Vladivostok və Yekaterinburq olmaqla 3, Rusiyanın isə Nyu-York, San Fransisko, Sietl və Hyustonda 4 baş konsulluğu fəaliyyət göstərir. ABŞ bunların birini azaltmaqla ölkədəki Rusiya diplomatlarının bir hissəsini çıxarmaq, həm də konsulluqların sayında bərabərlik yaratmağı düşünür.

Musavat.com

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər