İranlı sünni imamdan gözlənilməz addım : Cümə xütbəsində Tehran rejiminə “od püskürdü” – “Xalq öz uşaqlarını, siz öldürün deyə böyütmədi…”

İranlı sünni imamdan gözlənilməz addım : Cümə xütbəsində Tehran rejiminə “od püskürdü” – “Xalq öz uşaqlarını, siz öldürün deyə böyütmədi…”

İranın Kermanşah əyalətinin Pave şəhərində cümə namazı  imamı Kadir Kadiri cümə xütbəsində 2 sünni gəncin hüquq-mühafizə sistemi əməkdaşları tərəfindən öldürülməsini tənqid edərək, bunun xalqı təhrik edəcəyini, birlik və etimad mühitinə xələl gətirəcəyini deyib.

Avropa.info xəbər verir ki, Pave cümə imamı ofisinə aid “Aljomeh” xəbər saytınının yazdığına görə, Kadiri xütbəsində hökuməti sərt şəkildə tənqid edib.

“Keçən 2 həftədə  2 gənc  Revanser və Babacanide hüquq-mühafizə orqanları tərəfindən haqsız yerə öldürülmüşdür. Hüquq-mühafizə orqanlarına müraciət edirəm. Xalqın uşaqlarını öldürməyin. Xalq öz uşaqlarını, siz öldürün deyə böyütmədi. Bu iş günahdır, qanuna ziddir. Birlik və etimad mühitini zədələyir.

İran dövləti 10 milyon tümənlik (təxminən 2 min 600 dollar) alver edir  deyə, gənclərin öldürülməsini və xalqın təhrik edilməsini doğru saymıram.”

Kadiri xütbəsində prezident Həsən Ruhaninin məclisdə ötən həftə keçirilən andiçmə mərasimində ölkədəki sünni nümayəndələrindən kimsənin dəvət edilməməsini də tənqid edib.

“Ağıla uyğun olan sünnilərdən də birlərinin mərasimə dəvət edilməsi idi. Əgər protokolda yer yox idisə  xristian, yəhudi, zərdüştlərin sırasında oturardıq. Əgər yer yox idisə  stul götürüb bir kənarda oturardıq.Rrejim əleyhdarlarını susdurmaq üçün 5 nəfər sünni din xadimi dəvət edilsəydi nə olardı? Bu edilmədi. Biz bundan narazıyıq” deyə Kadiri xüybəsində qeyd edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər