“Problem var?” – Putin kameralar qarşısında nazir müavininə dişinin dibindən çıxanı dedi (Video)

“Problem var?” – Putin kameralar qarşısında nazir müavininə dişinin dibindən çıxanı dedi (Video)

Rusiya prezidenti Vladimir Putin Kalininqrad əyalətinin İnfrastrukturunun İnkişaf  Forumunda Kremlin rəsmiləri ilə iclas keçirib.

Avropa.info xəbər verir ki, iclasın gündəmi ilə bağlı nazirlərdən bir-bir məlumat alan Putin bir an İqtisadiyyat Nazirliyində müavin vəzifəsini tutan Andrey İvanova tərəf çevrilərək rubl ilə gömrük vergisi hesablanması barədə hansı işlər görüldüyünü soruşdu. Gündəmdə olan məsələ ilə bağlı hələ də işlərin davam etdiyini deyən İvanova Putin sərt reaksiya verib.

Putinin sualına cavab verən İvanov məsələ ilə bağlı bir sıra problemlərin olduğunu bildirib. Putin “Bu məsələ bu qədər çətindirmi, problem nədir?” sualı verincə İvanov təşvişə düşərək “Xeyr, cənab prezident, heç bir problem yoxdur. Ən qısa zamanda həll edəcəyik”, deyib. Daha sonra Putin İvanova qəzəblənərək “Həll edin o zaman” deyib.

Bu Putinin məmurlara qəzəbləndiyi ilk hal deyil. Daha əvvəllər fabrik sahiblərinin toplaşdığı iclasda fəhlələrə nə üçün maaş ödənilmədiyi soruşmuş, fabrik sahibini hamının qarşısında tənbeh etmişdi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər