BƏƏ Türkiyənin aclıq çəkən yəmənlilərə göndərdiyi humanitar yardımı müsadirə edib – Məsələnin pərdəarxası ortaya çıxdı

BƏƏ Türkiyənin aclıq çəkən yəmənlilərə göndərdiyi humanitar yardımı müsadirə edib – Məsələnin pərdəarxası ortaya çıxdı

BƏƏ-nin Türkiyənin göndərdiyi humanitar yardımı müsadirə etməsi ilə bağlı məsələnin pərdəarxası ortaya çıxıb.

Avropa.info xəbər verir ki, Türkiyədən gətirilən yardım mallarının bəzi tacirlər tərəfindən satılması məlum olub. Yəmənin Ədən şəhərində türk humanitar yardımının satıldığını görən təhlükəsizlik qüvvələri məsələni araşdırmağa başlayıblar.

“Aden Gad” xəbər saytının baş redaktoru Fəthi Lazrak məsələyə sosial şəbəkə yazısında aydınlıq gətirib:

“Türkiyədən Ədənə gələn yardımların son istifadə tarixinin başa çatmadığını görmüşük. Həftələr əvvəl BƏƏ tərəfindən “xarab” və “son istifadə tarixi bitib” bəhanəsi ilə müsadirə edilən yardımlar yenidən bazarlarda satılmağa cəhd edilir”.

BƏƏ-nin adamı olan Maala limanının müdiri Şelal Şae keçən ay Ədənə gələn türk humanitar yardımlarını “son istifadə müddəti bitib” bəhanəsi ilə müsadirə etmişdi.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər