Ermənistanın baş naziri Talışa qanunsuz səfər etdi – Video

Ermənistanın baş naziri Talışa qanunsuz səfər etdi – Video

Ermənistanın baş naziri Karen Karpetyanın Azərbaycan ərazilərinə qanunsuz səfəri davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni baş nazir Qarabağdakı separatçı rejimin “baş naziri” Araik Arutyunyanla birlikdə Əsgəran, Xocavənd və keçmiş Ağdərə rayonlarına gəlib. Daha sonra o, Talış kəndində olub. Karapetyanın Madagiz kəndində yaşayan ermənilərlə görüşdüyü də bildirilir.

Çağırılmamış qonaqlar Əsgəran və Xocavənddə salınan nar bağına baş çəkib, həmçinin tütün sahəsinə baxış keçiriblər. Azərbaycan ərazilərini “dədəsinin mülki kimi” istismar edən Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Gevorq Veranyan baş naziri əkin sahələri ilə bağlı məlumatlandırıb. Bundan sonra Karapetyan onu müşayiət edənlərlə birgə təmas xəttində yerləşən Talış kəndində olub, burada tikilən evlərə baxıb. Daha sonra o, binoklla təmas xəttindəki mövqelərə baxıb.

Ermənistan Talış kəndinə az qala Laçın dəhlizi qədər önəm verir. Buna görə də aprel döyüşlərindən sonra kənddə yaşayan erməniləri geri qaytarmaq üçün xeyli canfəşanlıq etdilər. K.Karapetyanın ön mövqelərə qədər gəlməsinin əsas səbəbi də xofu aradan qaldırmağa xidmət edir.
Amma istənilən halda beynəlxalq aləm Ermənistanın bu hərəkətinə reaksiya verməli, Karapetyanın özbaşınalığı cavabsız qalmamalıdır. Harınlığa və özbaşınalığa baxın ki, K.Karapetyan və Qarabağ separatçılarının “hökumət başçısı” bu ərazidəki su dəryaçasında motorlu qayıq sürüblər. İstirahət üçün Qarabağa gələn erməni baş naziri peşman etmək missiyası deyəsən, Azərbaycanın üzərinə düşəcək.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər