“Eyvaz Şahverdiyevin intellektual idarəetmə sisteminə cavabdehliyi yoxdur” – Vaqif Əsədovdan Avropa.info-nun xəbərinə reaksiya

“Eyvaz Şahverdiyevin intellektual idarəetmə sisteminə cavabdehliyi yoxdur” – Vaqif Əsədovdan Avropa.info-nun xəbərinə reaksiya

“Yol nəqliyyat hadisəsinin baş verdiyi gündən bəri Eyvaz Şahverdiyev məzuniyyətdədir. İkincisi, Eyvaz Şahverdiyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində deyil. Polkovnik-leytenant Eyvaz Şahverdiyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili şöbəsinin rəisidir və funksional vəzifəsini yerinə yetirir.”

Bu sözləri Avropa.info-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının deputat Astan Şahverdiyevin qardaşı oğlu Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı saytımızda  gedən xəbərə münasibət bildirərkən deyib.

 

“Eyvaz Şahverdiyevin intellektual idarəetməyə cavabdeh və bütün kameralara nəzarəti həyata keçirən şəxs olduğuna dair informasiya da dəqiqləşdirilmədən verilib. Kameralar şöbəsinə nəzarəti bir başqa şöbə rəisi həyata keçirir və onun da intellektual idarəetmə sisteminə cavabdehliyi yoxdur. Eyni zamanda o rəis müavini də deyil.

Müasir standartlara cavab verən texniki vasitələrin tətbiq edildiyi ərəfədə heç nəyi gizlətmək mümkün deyil. Ən azından hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə informasiyası ictimaiyyətə çatdırılıb. Hazırda da hadisəylə bağlı iş aparılır. Digər görülən tədbirlərlə bağlı isə mətbuatda məlumatlar gedib” deyə Vaqif Əsədov qeyd edib.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər