İlin ən yaxşı məşqçisi və futbolçusu olmağa namizədlər – Siyahı

İlin ən yaxşı məşqçisi və futbolçusu olmağa namizədlər – Siyahı

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

Baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğu nəticəsində 24 futbolçu və 12 məşqçinin adı müəyyənləşib.

Ən yaxşı futbolçu adına namizədlər:

Leonardo Bonuççi (“Yuventus”, “Milan”), Canluici Buffon (“Yuventus”), Dani Karvahal (“Real”), Kriştiano Ronaldo (“Real”), Paulo Dibala (“Yuventus”), Antuan Qrizmann (“Atletiko”), Eden Azar (“Çelsi”), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, klubsuz), Andres İniesta (“Barselona”), Harri Keyn (“Tottenhem”), Toni Kroos (“Real”), Robert Levandvski (“Bavariya”), Marselo (“Real”), Lionel Messi (“Barselona”), Luka Modriç (“Real”), Keylor Navas (“Real”), Manuel Noyer (“Bavariya”), Neymar (“Barselona”, PSJ), Serxio Ramos (“Real”), Aleksis Sançes (“Arsenal”), Luis Suares (“Barselona”), Arturo Vidal (“Bavariya”), Pyer-Emerik Obameyanq (“Borussiya”), Nqolo Kante (“Çelsi”).

Ən yaxşı baş məşqçi adına namizədlər:

Zinəddin Zidan (“Real Madrid”)

Massimilano Alleqri (“Yuventus”)

Karlo Ançelotti (“Bavariya”)

Antonio Konte (“Çelsi”)

Luis Enrike (“Barselona”)

Xosep Qvardiola (“Mançester Siti”)

Joze Mourinyo (“Mançester Yunayted”)

Leonardu Jardim (“Monako”)

Maurisio Pokettino (“Tottenhem”)

Dieqo Simeone (“Atletiko”)

Yoahim Löv (Almaniya milli komandası)

Tite (Braziliya milli komandası)

Qeyd edək ki, ilin ən yaxşıları oktyabrın 23-də Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Qafqazinfo
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər