Saakaşvili-Timoşenko tandemi Poroşenko hakimiyyətini silkələyir: “Şokolad kralı”nı kim əvəzləyəcək? – Azər Rəşidoğlu yazır

Saakaşvili-Timoşenko tandemi Poroşenko hakimiyyətini silkələyir: “Şokolad kralı”nı kim əvəzləyəcək? – Azər Rəşidoğlu yazır

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəliməsi bu siyasi liderin ətraflnda yeni ajiotajın yaranmasına səbəb oldu.

Artıq çoxları əmindir ki, Saakaşvili – Timoşenko tandemi “şokolad kralı” olan Poroşenko hakimiyyətini silkələyəcək. Saakaşvili həbs edilərsə, bu, rəsmi Kiyevə ciddi problem yarada bilər. Görünən budur ki, Qərb və Rusiya Poroşenkonun hakimiyyətdən getməsinə razılıq verib. Bunun nə zaman baş verəcəyi zamanın məsələsidir. Saakaşvilin bu addımı proseslərin yenidən dönməsinə yol açdı. Artıq bundan sonra hadisələr maraq və istəklərə baxmayaraq bir növ zəncirvari reaksiya kimi intensivləşəcək. Bu, həm də regionda yeni bir dönəmin başlanmasına işarə və stimul olacaq. Bu situasiya Poroşenkonun devrilməsinə yol aça bilər. Gürcü Saakaşvilinin Ukrayna prezidenti olmaq şansı azdır, lakin ondan bir güc mexanizmi kimi ondan geniş istifadə oluna bilər. Poroşenkonun Yuliya Timoşenko tərəfindən əvəzlənəcəyi daha inandırıcıdır.

Proseslərin arxasında güclü dövlətlərin dayandığı istisna edilmir. Əks halda, Saakaşvili Ukraynaya qayıda bilməzdi. İstənilən halda Rusiyanın da dəstək verəcəyi Timoşenko Poroşenkonu əvəz edəcək real namizəddir. Ukrayna hakimiyyətinin Mixail Saakaşviliyə qarşı effektiv mübarizə atmaq üçün təsir rıçaqları yoxdur. Saakaşvili – Timoşenko tandemi “şokolad kralı” olan Poroşenko hakimiyyətini silkələyəcək. Görünən budur ki, Qərb və Rusiya Poroşenkonun hakimiyyətdən getməsinə razılıq verib. Bunun nə zaman baş verəcəyi zamanın məsələsidir.

M. Saakaşvili Çernovtsı şəhərinin mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb. Siyasətçinin mətbuat katibi Darya Çij jurnalistlərə söz verdi ki, Saakaşvili 13 sentyabr saat 18:00-da Çernovtsının mərkəzi meydanında olacaq. “Ukraynada dəyişikliklər Çernovtsıdan başlayır. Şəhər sakinlərini sentyabrın 13-də saat 18:00-da Mixail Saakaşvili ilə görüşə dəvət edirəm. Görüş şəhərin mərkəzi meydanında keçiriləcək”, – deyə mitinqə çağırışda deyilir.

Öz növbəsində, Saakaşvilinin lideri olduğu “Yeni Güclərin Hərəkatı” Partiyasının mətbuat katibi Maryana Poştar dəqiqləşdirib ki, siyasətçi Çernovtsıya səfərdən əvvəl Lvovda naşirlərin forumuna baş çəkməyi planlaşdırır.

Gürcü siyasətçinin Ukraynaya qayıdışını üçüncü Maydanın başlanğıcı kimi qiymətləndirirlər. Beləliklə, Saakaşvili yenidən dünya mətbuatının diqqətindədir. Kimdir Saakaşvili? Onun qısa zamanda Gürcüstanda bir çox sosial problemləri həll etməsi, korrupsiyanın kökünü kəsməsi, struktur islahatları aparması Mixaili milyonlara sevdirdi. Lakin onun təzədən Gürcüstanda hakimiyyət başına qayıtması bir qədər problemli görünür. Çünki Saakaşvili Gürcüstanda böyük islahatlar aparan şəxs olmaqla yanaşı, Osetiyanı və Abxaziyanı itirən rəhbər kimi də tarixə düşüb. Bu baxımdan ölkədə onun əleyhinə işlənəcək ciddi arqumentlər var.

Eyni zamanda, Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıtması Rusiya ilə yenidən qarşıdurmaya gətirib çıxara bilər. Saakaşvili Tiflisə qayıdarsa, Gürcüstanda hansı gərginliklər yaşanacaq, vətəndaş qarşıdurması olacaqmı, bunu demək çətindir.

Əslində, Mixail Saakaşvili dövrünün bitməsi də Moskva – Tiflis münasibətlərini keçmişdəki kimi “isti məcraya” qaytara bilmədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. ABŞ politoloqu Zbiqnev Bzejinski yeni ideyalarla çıxış edir və açıq şəkildə bəyan edir ki, Ukrayna, Gürcüstan və Qırğızıstan üzərində nəzarət Rusiyaya qarşı sanitar dəhlizi rolunu oynaya bilər. Qərbin Gürcüstanda həyata keçirdiyi “Saakaşvili layihəsi” uğurlu oldu. Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. Lakin Cənubi Osetiya üzərində nəzarəti bərpa etməkdə Saakaşvili Vaşinqtondan dəstək ala bilmədi və bu layihə iflasa uğradı.

Mixail Saakaşvili təzadlı simadır. Demokratiya uğrunda mübarizə aparan Mişa, öz əhatəsindəki insanların fikirlərini qəbul etmir, ona qarşı səslənən istənilən tənqidi inkar edir, bunu qəzəblə qarşılayır. Onun üçün yalnız bir həqiqət var, o da onun öz şəxsi fikridir. Saakaşvili münaqişə yaradan, dalaşqan, tez özündən çıxan bir insandır. Bu emosionallıq Abxaziya və Cənubi Osetiyanın tam itirilməsinin səbəblərindən biri oldu. Əslində, onun karyerası sürətli olub. Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili, Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri seçilib. 2003-cü ildə Gürcüstan prezidenti seçilib.

7 avqust 2008-ci ildə Pekin Olimpiadiasının açılışı ilə bağlı şənlik hazırlıqları əsnasında, rəsmi Tiflis Cənubi Osetiya torpaqlarının güc yolu ilə özünə birləşdirməyə başlamışdı. Tanınmayan Osetiyada separatçı rejimi ləğv etdikdən sonra Mixail Abxaziyaya girməyi düşünürdü. Lakin Qərb onu bu savaşda onu tək buraxdı və Mixail məğlub oldu.

Onun prezident seçilməsi də maraqlı olmuşdu. 2003-cü ilin noyabr ayında uzun sürən küçə etirazlarından sonra Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamentinin binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edərək, qəhrəmana çevrilmişdi. Qalanı sırf texnologiya idi. Şevardnadze tribunadan elə tələsik qaçdı ki, Mixail onun kürsüsünə atılaraq, Eduardın çayını bir nəfəsə başına çəkdi və beləliklə də, Gürcüstanda yeni eranın başlandığını nümayiş etdirdi.

Siyasətdə populizm də vacibdir və “Amerika uşağı” olan Mixail bunu bilirdi. Saakaşvili yeni salınan yollar və tikilən binalar ilə fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimində iştirak etməyi xoşlayırdı. Saakaşvili bir sıra memarlıq yeniliklərinin təşəbbüskarı olmuşdu. Demokrat prezident çoxsaylı tərəfdarları ilə küçələrdə görüşməyi sevirdi.

Lakin çoxları hesab edir ki, Saakaşvili dövründə Gürcüstanda demokratiya və şəffaflıq elə yeni bina fasadları və polis ofislərindən kənara çıxmayıb. Saakaşvili Gürcüstanın turist potensialını tez-tez reklam etdirməyə həvəs göstərirdi. Dövlət başçısı televiziya ekranlarında gah Svanetiya dağlarını xizəkçi qiyafəsində, gah da Qara dəniz sahilini üzgüçü tumanında reklam etdirirdi. Ənənələrə qiymət verilən Gürcüstanda isə, belə hərəkət heç də hamının ürəyincə deyildi. Sadəcə, Qərb texnoloqları belə istəyirdilər və Mixail belə geyinirdi. Cinayətkarlıqla mübarizədə Saakaşvilinin siyasəti birmənalı olmayıb. Onun oğru qanunlarına nifrəti həbsxanaların dolması ilə nəticələndi. Elə buna görə də Saakaşvi islah müəssisələrində vəziyyətin ağırlaşmasına görə tənqid olundu. Onu elə Qərbin özü tənqid edirdi. Yaraşıqlı Mişa həm də “şorgöz kişi” kimi tanınırdı. Məşhur rusiyalı massajist qadın, jurnalistlərin əhatəsində çəkdirdiyi şəkillər də belə söz-söhbətlərə əsas verirdi. Mixailin tez-tez qadınlarla publika qarşısında görünməsi onun arvadbaz imicini gücləndirirdi. Yerli mediada deyilirdi ki, prezident özünü gözəl qadınlarla əhatə etməyə çalışır, o cümlədən, hökümətdə də. Çünki Saakaşvilinin prezidentliyi dövründə hökümətdə nazir kürsüsündə gözəl qadınların oturması heç də təəcüblü deyildi.

Saakaşvili xarici səfərlərdə olarkən tərəfdarları onun xarici dildə sərbəst danışmasından qürür duyduqları halda, çoxları prezidentin büdcə vəsaitlərini şəxsi məqsəd və əyləncəyə xərclədiyini qeyd edirdilər. “İmedi” telekanalı Şaakaşvilinin 2009 və 2011-ci illərdə Nyu Yorkda 11 min avro büdcə pulunu kosmetik əməliyyatlara və botoks inyeksiyalarına sərf etdiyini bəyan etmişdi. Saakaşvili həmin iradları rədd edərək, edilmiş xərclərin Gürcüstanın təbliği və ölkəyə invastisiyaların cəlb edilməsi ehtiyacı ilə bağlı olduğunu vurğulamışdı.

Mixail Saakaşvilinin Gürcüstanın tarixində hansı iz buraxacağını zaman göstərəcək. Onun 10 illik hakimiyyətindən sonra Gürcüstanda elə adam yoxdur ki, Mixail Saakaşviliyə münasibət barədə suala neytral bir cavab versin. Onu ya sevir, ya da nifrət edirlər. Buna baxmayaraq, qadın düşgünü, əsəbi və dalaşqan Mixail Saakaşvili, Şevernadzenin zamanında diz çökən, oğruların meydan suladığı ölkəni bölgənin aparıcı oyunçusuna çevirə bildi. Lakin ifrat çılğınlığı Saakaşviliyə mane olur. Belə bir adamın Ukrayna kimi ölkəyə rəhbərlik etməsi imkansızıdır. Mişa indi də Poroşenkonu devirməyə hazırlaşır. İnqilabçı lider artıq çoxları üçün bir kabusa çevrilib. Belə siyasətçilərin aqibəti də faciəli olur…

Azər Rəşidoğlu

Avropa.info

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər