Əsəd, İŞİD və PYD Suriyanın neçə faizinə nəzarət edir? – Statistika

  • Dünya
  • 13 Sentyabr, 2017 [15:49]
Əsəd, İŞİD və PYD Suriyanın neçə faizinə nəzarət edir? – Statistika

Suriyada davam edən 7 illik vətəndaş müharibəsi nəticəsində ölkənin 37%-i terror təşkilatları PKK/PYD və İŞİD-in nəzarətinə keçib.

Avropa.info xəbər verir ki, son 5 ayda PKK/PYD terrorçuları ABŞ dəstəyi ilə işğal etdikləri Suriya torpaqlarını 2% artırıblar. “Anadolu” agentliyi bildirir ki, İŞİD hal-hazırda Suriyanın 14%-ə, 27 min km2 əraziyə nəzarət edir.

“Fərat qalxanı” əməliyyatı nəticəsində İŞİD Türkiyə sərhədlərindən uzaqlaşdırılıb. Hal-hazırda İŞİD Suriyanın şərqindəki torpaqlara, Homsun səhralıq rayonlarına və Hama vilayətinin şərqinə nəzarət edir.

İŞİD və PKK/PYD-dən Suriyanın 2060 kvadrat kilometri təmizlənib. PKK/PYD Suriyanın 23% (41 min km2) ərazisinə nəzarət edir. Son 5 ayda ABŞ-ın köməyi ilə 2500 km2 ərazi zəbt ediblər.

PKK/PYD terrorçuları Suriya ilə sərhədin 65%-i nəzarət altında saxlayır. Rəqqanın şimalını və Hasəkə şəhərini, həmçinin Mənbic və Afrin şəhərlərini zəbt ediblər.

Son məlumatlara görə, Əsəd rejiminə məxsus qüvvələr Hələb, Rəqqa və Deyr-əz-Zorda öz mövqelərini möhkəmləndiriblər. Hal-hazırda rejim qüvvələri ölkə ərazisinin 85 min km2-nə, yəni 46%-ə nəzarət edir.

Əsədə qarşı döyüşən müxalif qruplaşmalar isə Suriyanın 17%-i nəzarət altında saxlayırlar.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər