“Gənclər Azad Sahibkarlıq Fəailiyyətində” İctimai Birliyi seminarlar təşkil edib

“Gənclər Azad Sahibkarlıq Fəailiyyətində” İctimai Birliyi seminarlar təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəailiyyətində” İctimai Birliyi həyata keçirdiyi “Mənim Elektron Hökumətim” gənclər arasında elektron hökumətin təşviqi və maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində 12.09.2017-ci il tarixindən başlayaraq seminarlar təşkil edib.

Seminarda gənclər, əsasən də “ASAN xidmət”in Bakıda yerləşən mərkəzlərinin könüllüləri iştirak ediblər.

Layihənin əsas məqsədi ölkə gəncliyini Azərbaycan Elektron Hökumət layihəsi və Elektron Hökumətin imkanları ilə bağlı məlumatlandırmaqdan  ibarətdir. Elektron Hökumətlə bağlı maarifləndirici xarakter daşıyan seminarlar çərçivəsində gənclərə mövzuyla bağlı yetərincə məlumatlar verilib.

Eyni zamanda, onlara məlumatlandırıcı əyani vəsaitlər (kitabçalar, bukletlər və s.) paylanılıb. Seminarlar interaktiv şəkildə keçirildiyi üçün gənclərin çoxlu sayda sualları layihə rəhbəri Kəmalə Məmmədli və layihə üzrə ekspert Nailə İsmayılova tərəfindən cavablandırılıb.

Kəmalə Məmmədli “Gənclər Azad Sahibkarlıq Fəailiyyətində” İctmai Birliynin rəhbəri olmaqla yanaşı, “Enactus Azerbaijan”nın direktoru olaraq öz çıxışında gənclərə gələcək iş həyatlarında Elektron Hökumətin vacibliyi haqqında tövsiyələrini verib.

Birlikdən Avropa.info-ya verilən məlumata görə 15 sentyabr 2017-ci il tarixində layihənin icrasına yekun vurulacaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər