Saakaşviliyə daha bir maddə ilə cinayət işi açıldı

  • Dünya
  • 13 Sentyabr, 2017 [17:03]
Saakaşviliyə daha bir maddə ilə cinayət işi açıldı

Lvov vilayət polisi sabiq Odessa qubernatoru Mixail Saakaşvilinin Ukraynaya daxil olması ilə bağlı yeni cinayət işi açıb.

Avropa.info xəbər verir ki, Ukrayna-Polşa “Şeqini” nəzarət-buraxılış məntəqəsindən keçidlə bağlı istintaq işi çərçivəsində cinayət faktı üzrə “Xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.

Sərhəddə baş verən hadisə ilə bağlı şahidləri və hadisə iştirakçılarını dindirən istintaq qrupu yaradılıb.

Xatırladaq ki, daha əvvəl Saakaşviliyə  qarşı “Ukrayna dövlət sərhədini qanunsuz keçmək” maddəsi ilə cinayət işi qaldırılmışdı.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər