Ombudsman təcridxanada siyasətçi və jurnalistlərə baş çəkib

Ombudsman təcridxanada siyasətçi və jurnalistlərə baş çəkib

Sentyabrın 12-də ombudsman Elmira Süleymanova Bakı İstintaq Təcridxanasına baş çəkib.

Novator.az-ın məlumatına görə, Ombudsman Aparatının bununla bağlı açıqlamasında deyilir ki, təcridxanada Elmira Süleymanova bir sıra təqsirləndirilən şəxsi qəbul edib, onların ərizə və müraciətlərinə baxıb.

Açıqlamada qeyd olunur ki, Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədrinin müavini Gözəl Bayramlını, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucovu da təkbətək dinləyib, onların hüquqlarının təmin olunması vəziyyəti ilə maraqlanıb, qaldırdıqları məsələləri araşdırıb.

Bir sıra müraciətlər yerində təmin olunub. Ərizələrdə yer alan məsələlərin həlli istiqamətində isə ombudsman öz səlahiyyətləri çərçivəsində yardımçı olacağını vəd edib.

Açıqlamada Elmira Süleymanovanın qəbul etdiyi bəzi şəxslərin onlar barəsində aparılan istintaqdan narazılıq bildirdiyi, saxlanma şəraitindən, əməkdaşların rəftarından və göstərilən tibbi xidmətdən isə heç kimin şikayət etmədiyi vurğulanır.

Görüşlərdən sonra Elmira Süleymanova Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə söhbətləşib, öz tövsiyələrini verib.

Ombudsman Aparatının açıqlamasında deyilir ki, başçəkmənin nəticəsi və qəbul edilmiş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər