Məşhur aktrisanın zəlzələ qurbanlarına etdiyi yardımı ələ saldılar: “100 min dollar nədir?”

  • Dünya
  • 24 Sentyabr, 2017 [21:13]
Məşhur aktrisanın zəlzələ qurbanlarına etdiyi yardımı ələ saldılar: “100 min dollar nədir?”

Dünyaca məşhur olan aktrisa Salma Hayek Meksikada baş verən zəlzələdə zərər çəkənlərə 100 min dollar bağışlayıb.

Musavat.com xəbər verir ki, İllər öncə minlərlə insanın öldüyü bir zəlzələdən sağ qurtulduğunu deyən aktrisa o insanların nələr hiss etdiyini bildiyini vurğulayıb.

O instaqram hesabında video paylaşaraq bunları qeyd edib: “Mən də buna bənzər bir qorxunc fəlakət yaşamışam. İndi Meksikada zəlzələ kabusunun qurbanları olan və zərərçəkən ailələrə yardım etmək üçün maliyyə yardımı ayırıram”

Lakin məşhur aktrisanın bu söylədikləri sosial mediada gündəm olub. Belə ki, insanlar onun etdiyi yardıma lağ edərək məbləğin az oldunu yazırlar. Milyarder iş adamı Fransua Anri Pino ilə evli olan məşhur aktrisa 7 milyard dollar sərvətə sahibdir. İnsanların da ona lağ etməsinin səbəbi də bu qədər sərvətə sahib olub yardıma ehtiyaca olan insanlara 100 min dollar yardım etməsi olub.

Aktrisanın paylaşdığı fotonun altında “100 min dollarmı? Ciddisən?” “Bu sənin həyat yoldaşın üçün çərəz puludur” və.sair kimi şərhlər yazaraq onu ələ salıblar.

Qeyd edək ki, 51 yaşı olmasına baxmayaraq hər zaman gözəlliyi ilə diqqət mərkəzində olan Meksikalı aktrisa 1988-ci ildən ekranlarda görünməyə başlayıb.

 

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər