Qalib Salahzadə məhkəməyə gəlmədi – Məcburi gətirilməsi istəniləcək

Qalib Salahzadə məhkəməyə gəlmədi – Məcburi gətirilməsi istəniləcək

Deputat Çingiz Qənizadə ilə şeyxin qudası Hacı Qalib Salahzadə arasında məhkəmə çəkişməsi davam edir.

Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Milli Məclisin deputatı Çingiz Qənizadənin keçmiş həmkarı, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclası başlayıb.

Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə Q.Salahzadə məhkəməyə gəlməyib.

“Qalib Salahzadə məhkəməyə ərizə göndərib ki, iclasda iştirak edə bilməyəcək. Məhkəmə də onun iştirakı olmadan keçirilmədi. Mən növbəti məhkəmədə bir neçə vəsatət qaldıracam”-deyə vəkil bildirib.

Vəkil qeyd edib ki, növbəti iclasda da Q.Salahzadə məhkəməyə gəlməsə vəsatətlə çıxış edəcək: “Vəsatət qaldıracam ki, o, məhkəməyə məcburi gətirilsin”.

Məhkəmə iclası oktyabrın 12-nə təyin edilib.

Xatırladaq ki, deputat Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.

Bildirək ki, Q.Salahzadənin oğlu “Azərsu” əməkdaşını döydüyü üçün həbs edilib. Q.Salahzadə isə bu işdə baş prokuror Zakir Qaralovu günahlandırıb. Ç.Qənizadə isə Hacı Qalibi bu açılamasına görə sərt tənqid edərək, onu “məntiqsiz” adlandırmışdı. Ardınca isə Q.Salahzadə Çingiz Qənizadəni rüşvət almaqda və əqidəsiz olmaqda suçlamışdı. Bu açıqlamadan sonra Ç.Qənizadə Q.Salahzadəni məhkəməyə verib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər