MDB ölkələri dövlət başçılarının sammiti başladı

MDB ölkələri dövlət başçılarının sammiti başladı

Rusiyanın Soçi şəhərində MDB ölkələri dövlət başçılarının sammiti başlayıb.

APA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər.

Liderlər MDB çərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Əsas diqqət təşkilatın, onun icra strukturlarının və orqanlarının bundan sonrakı fəaliyyətinin effektivliyini yüksəltməyə yönəldiləcək. MDB-də sədrliyin 2018-ci ildə Rusiyadan Tacikistana keçməsi haqqında qərar veriləcək.

Toplantıda bir sıra çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Bu sənədlərə MDB çərçivəsində humanitar-mədəni, hüquq-mühafizə və hərbi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi aiddir. Bundan başqa, ailə institutu və ənənəvi ailə dəyərlərinə dəstək haqqında bəyanat qəbul olunacaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər