Rusiya Ermənistanı silahlandırır: Azərbaycanın reaksiyası necə olacaq? – Bizim şərh

Rusiya Ermənistanı silahlandırır: Azərbaycanın reaksiyası necə olacaq? – Bizim şərh

Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb.

Rusiya öz vassalı olan Ermənistana dəfələrlə silah satıb və bağışlayıb. Bununla da Kreml Azərbaycana münasibətini sərgiləyir. Əslində, bölgədə vəziyyət xeyli dərəcədə gərgindir. Rusiya əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. SSRİ-ni bərpa etmək niyyətində olan Rusiya dünyadakı nizamı da qarışdırmağa cəhd göstərir. Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün variantlar tapmaq lazım gələcək. Məsələn, Bakı-Ankara-Tiflis hərbi koalisiyasının müzakirəsi belə variantlardan ola bilərdi. Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır. Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqressivləşdirə bilərdi. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür. Qarabağın azadlığı yolunda hər zaman bir nömrəli və ənənəvi problem Rusiya faktoru sayılıb. İllər öncə olduğu kimi bu gün də əksər siyasilər hesab edir ki, Azərbaycan Rusiyanı neytrallaşdıra bilsə, Qarabağ problemi də həll olunar. Qarabağ problemini Rusiya yaradıb, mövcud münaqişənin dondurulmuş vəziyyətdə qalmasının əsas müəllifi də Moskvadır. Kreml istəmir ki, münaqişə həll edilsin, əks təqdirdə bölgədə öz mövqeyini qoruyub saxlaya bilməyəcək. Qarabağı da işğal edən Ermənistan deyil, Rusiyadır.

Moskvanın prosesə müdaxiləsi olmasaydı, İrəvan Bakının qarşısında aciz qalardı. İrəvan özü etiraf edir ki, Rusiyanın forpostudur. Bu baxımdan, münaqişənin müəlliifi də Moskvadır. Düzdür, Azərbaycan Rusiya amilini nəzərə almalıdır. Lakin heç bir halda biz Rusiyaya etibar edə bilmərik. Rusiya İrəvana silah verməklə öz məqsədini açıqlayır. Moskva separatçını müdafiə edir. Lakin istənilən halda erməni ordusu Azərbaycan orudusundan zəifdir və biz öz torpaqlarımızı azad etmək gücündəyik. Kremlin Dağıstanla bağlı son qərarları da onu göstərir ki, Şimali Qafqaz təhlükəsizlik məsələsində böyük maraq doğurur. Məlumatlara görə, Dağıstanda hərbi qruplaşma güclənib və bu ən təlaşlı Qafqaz respublikasının rəhbəri kimi buraya istefada olan DİN generalı Vladimir Vasilyev göndərilib. Bu, Kremlin Dağıstanla həmsərhəd olan və Suriya və digər meydanlarından Rusiyanın cənubuna düşə biləcək potensial şəxslər üçün tranzit ölkəsi olan Cənubi Qafqaza qarşı fəaliyyəti gücləndirməyi vacib hesab etdiyini göstərir.

İstənilən halda, Rusiyanın Ermənistana silah verməsi təxribatçı bir addımdır və rəsmi Bakının əsəblərini yoxlamağa hesablanıb. Bu baxımdan, Azərbaycanın reaksiyası labüd görünür.

Erməni analitikləri özləri də hesab edirlər ki Rusiya mümkün olan hər şeyi edir ki, Azərbaycanı öz nüfuz dairəsinə – Avrasiya İttifaqına salsın. Rusiya Ermənistan ordusunu da öz nəzarətinə götürmək istəyir və müştərək hava hücumundan müdafiə sistemi formalaşdırır. Ermənistanın hava hücumundan müdafiə sistemi artıq Rusiyanın əlindədir. Rusiya-Ermənistan hərbi qüvvələrinin formalaşdırılması Ermənistan ordusunu neytrallaşdırmaq məqsədi güdür və bununla Moskva İrəvanı tamamilə ram edir. Bir sözlə, Moskvanın İrəvana silah satması tək Azərbaycana qarşı atılan addım deyil, eyni zamanda Ermənistanın müstəmləkəyə çevrilmək planının bariz nümunəsidir…

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər