“The Washington Times”: Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir

“The Washington Times”: Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir

“The Washington Times” qəzeti “Caspian Group Holdings” şirkətinin direktoru Rob Sobhaninin “Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?” sərlövhəli məqaləsini dərc edilib.

Məqalədə ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafına Tramp administrasiyası tərəfindən daha çox diqqət yetirməyin zəruriliyindən danışılır.

Müəllif yazır ki, mövcud olan bir neçə vacib səbəbə görə Tramp administrasiyası iki ölkə arasında münasibətlərin inkişafını davam etdirməlidir. Birincisi, Prezident Trampın Əfqanıstanda ABŞ-ın hərbi iştirakının miqyasının genişləndirilməsinə dair bu yaxınlarda qəbul etdiyi qərarda Azərbaycanın rolu həlledici məna daşıyacaq.

Azərbaycan təkcə amerikalı hərbçilərlə çiyin-çiyinə vuruşmaqla Əfqanıstandakı qoşunlar kontingentində iştirak etmir, həm də Pentaqonun nəqliyyat komandanlığına öz hava məkanından istifadə etməyə icazə verir ki, bu da ABŞ missiyasının Əfqanıstandakı uğurunun həyati vacib amilidir.

Tramp komandasının Azərbaycanla daha sıx əməkdaşlıq etməsinin digər səbəbi dini ekstremizmə qarşı qlobal müharibə ilə bağlıdır. Müəllif yazır ki, dini tolerantlıq Azərbaycanın zəngin mədəniyyətinin və irsinin ayrılmaz hissəsidir. Bu ölkə yəhudi, xristian və digər icmaların da vətənidir, onların nümayəndələri burada dinc yanaşı tolerantlıq mühitində yaşayırlar. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən və Prezident Trampın uğurlu danışıqlar aparmaq və “razılıq əldə etmək” bacarıqlarından danışan Sobhani Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Rusiya ilə əməkdaşlığın zəruriliyini vurğulayır.

Daha sonra ekspert Avropaya enerjidaşıyıcıların tədarükündə Azərbaycanın roluna diqqəti yönəldərək yazır ki, Xəzər hövzəsindən neft və qazın kəşfiyyatında, hasilatında, Avropa bazarlarına və onun hüdudlarından kənara nəqlində Birləşmiş Ştatların və Azərbaycanın ümumi məqsədləri var. Azərbaycan qazının Avropaya ixracı 2020-ci ildə başlamalıdır ki, bu da qitənin enerjidaşıyıcılarının şaxələndirilməsinə kömək edə bilər və bir tədarükçüdən asılılığı azalda bilər.

Məqalədə vurğulanır ki, Prezident Tramp, başlanğıcını Azərbaycandan götürən Transxəzər Qaz Dəhlizinin reallaşdırılmasına ABŞ tərəfindən 100 faizli dəstəyi bərpa etməklə Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə strateji baxış nümayiş etdirə bilər. (AzərTAc)

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər