“Böyük Amerikanı bir səfir idarə edirsə, yazıqlar olsun” – Ərdoğan Trampa Türkiyənin bir hüquq dövləti olduğunu xatırlatdı

“Böyük Amerikanı bir səfir idarə edirsə, yazıqlar olsun” – Ərdoğan Trampa Türkiyənin bir hüquq dövləti olduğunu xatırlatdı

Türkiyə prezidenti Ərdoğan ABŞ və Türkiyə arasında meydana gələn viza böhranı ilə bağlı çıxış edib.

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti ABŞ-ın strateji ortaq olduğunu, lakin münasibətləri həddini bilməz səfirə görə qurban verilməsinin qəbuledilməz olduğunu bildirib.

“İş sözə gəldisə, böyük bir Amerikasan. Türkiyə Respublikasının prezidentini terror təşkilatının üzvləri ilə narahat edir və bu ölkənin vətənpərvər övladları onların qarşısını almaq istəyəndə, bizim övladlarımızı həbs edirsən. Terrorçuları isə bir neçə gün ərzində azad edirsən, o övladlarımız hələ də həbsdədir. Budurmu ədalət? Bunları onlara deyəndə təlimat verdik deyirlər, biz də təlimat verdik. İşi məhkəmədə olana deyil, onun xaricində olana verdik.

Böyük ABŞ-ı bir səfir idarə edirsə, yazıqlar olsun. “Sən mənim strateji müttəfiqimə belə deyə bilməzsən” demələri lazımdır. Səfir “hökumət adı ilə bu addımı atdım” deyirsə, hörmətli prezident də müdafiə edirsə, biz bu gün verdiyimizin qərarın sonunadək arxasındayıq.

Kimsənin Türkiyəyə hüquq dövləti dərsi verməyə haqqı yoxdur. Kandildəki terror baronları ilə birbaşa rabitə xətti quranlar bizə hüquq dərsi verə bilməz. Ədliyyə proseslərini tamamilə konstitusiya və qanunlara uyğun şəkildə aparırıq.

Diplomatik toxunulmazlığı olmayan bir şəxs ilə bağlı proses də müqavilələrə və Vyana anlaşmasına uyğun aparılır. Nə qohumlarının, nə də vəkilinin hər hansı görüş tələbi olmamışdır. Sadəcə dünən bir görüş istəməsi tələbini baş prokurorluğa çatdırmışdır.

Problemi böyüdən əsla biz deyilik.”

Ərdoğan ABŞ-ın bunu belə də qəbul etməli olduğunu, Türkiyənin ABŞ-a ehtiyacı olmadığını qeyd edib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər