Tramp NBC telekanalını kanalın lisenziyasını ləğv etməklə hədələdi

  • Dünya
  • 12 Oktyabr, 2017 [16:59]
Tramp NBC telekanalını kanalın lisenziyasını ləğv etməklə hədələdi

ABŞ prezidenti Donald Tramp NBC telekanalını ABŞ-ın nüvə silahı ehtiyatlarını on dəfə artırması planı ilə bağlı xəbər yaydığına görə, lisenziyasını ləğv etməklə hədələyib.

Avropa.info xəbər verir ki, onu televiziya ulduzuna çevirən NBC-ni hədəfə götürən Tramp kanalın xəbərini “fake news”, “təxəyyül məhsulu” adlandırıb.

“NBC və digər kanallardan saxta xəbərlər verərkən lisenziyalarını müzakirə çıxarmaq hansı mərhələdə uyğun olardı? Ölkə üçün pisdir” – Trampın “Twitter” hesabında yazdığı mesajda belə deyilir.

Tramp mətbuatın ürəyi istədiyi şeyi yazmasını iyrənc adlandıraraq, tədbir görülməsinin vacibliyini qeyd edib.

“Ölkənin nüvə silahlarının artırılıb-artırılmaması ilə bağlı suala cavabında ABŞ prezidenti silahların mükəmməl vəziyyətdə saxlanılmasını nəzərdə tutduğunu deyib.

“İndi əlimizdə olan ehtiyatların 10 dəfə artığını istəməmlə bağlı söz-söhbətlər, inanın mənə, tamamilə əhəmiyyətsizdir. Bu modernizasiya və qulluq tələb edər. Mən ən yaxşı vəziyyətdə olmalarını istəyirəm” – Tramp belə deyib.

Xatılradaq ki, NBC keçən həftə dövlət katibi Reks Tillersonun Trampı “axmaq” adladırması haqda xəbəri efirə buraxmışdı.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər