Yeni təyin olunan energetika naziri kimdir? – Dosye

Yeni təyin olunan energetika naziri kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov Azərbaycanın energetika naziri təyin edilib.

Avropa.info xəbər verir ki, Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

Pərviz Şahbazov 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı səfiri olub.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.

 

 

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər