“Araz” UEFA kubokunda növbəti qələbəsini qazandı

  • İdman
  • 12 Oktyabr, 2017 [21:18]
“Araz” UEFA kubokunda növbəti qələbəsini qazandı

Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 2-ci oyununu da qələbə ilə başa vurub.

Report xəbər verir ki, Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi Malta çempionu “Sent Endryus” 6:4 hesabı ilə məğlub edib. Hər iki hissədə komandamız geridə olsa da, futzalçılarımız son dəqiqələrdə təzyiqi artıraraq rəqib qapısından daha 2 top keçirməklə möhtəşəm qələbə qazanıb.

VIII qrupda yer alan “Deva” (Rumıniya) – “Mostar” (Bosniya və Herseqovina) cütlüyünün qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Azərbaycan çempionu növbəti oyununu oktyabrın 14-də Rumıniyanın “Deva” klubuna qarşı keçirəcək. Qeyd edək ki, qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazancaq.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər