Cenevrə görüşünün nümayiş etdirdiyi gerçəklik – Qarabağ münaqişəsinin həllində yeni format təklifi (Bizim şərh)

Cenevrə görüşünün nümayiş etdirdiyi gerçəklik – Qarabağ münaqişəsinin həllində yeni format təklifi (Bizim şərh)

Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətllə izləyib.

Bu barədə ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra deyilir: “Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”.

Beləliklə, daha bir görüş nəticəsiz yekunlaşdı. Görünən budur ki, Ermənistan və Rusiya Dağlıq Qarabağ konfliktinin ədalətli həllini yaxınlaşdırmaq niyyətində deyil və həmişə olduğu kimi, öz maraqlarına hesablanmış ənənəvi məkrli oyununu davam etdirir. Rusiyanın Cənubi Osetiya, Abxaziya, Ukrayna, Dnestryanı kimi münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsindən istifadəsinin bir qədər mürəkkəb olduğunu vurğulaya bilərik. Moskva bu münaqişədən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir və Qafqazda hakim xarici güc olaraq qalmaq niyyəti güdür. Ermənistanın Moskva ilə strateji müttəfiq olmasına və Azərbaycanın daha çox balanslı xarici siyasət yürütməsinə baxmayaraq, Rusiya hər iki ölkəyə onlardan birinin digərinə qarşı dayanması və təhlükəsizlik ehtiyacları baxımından Rusiyadan asılı olması üçün silah satır. Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Moskva ilə Qərb arasında ziddiyyət münaqişə zonalarında təhlükəsizlik durumunu daha dinamik edir. Atəşkəsin mütamadi olaraq pozulması da buna bir sübutdur.

Cenevrə görüşü də göstərdi ki, Ermənistan və Rusiya nə münaqişənin həllinə yönəlik ciddi addımlar atıldı, nə də ki, bəzilərinin ehtimal etdiyi kimi, Putin erməni həmkarı Sarkisyana təzyiq etdi. Dağlıq Qarabağ ətrafındakı 2 və ya 5 rayonu azad edilməsi perspektivi də müzakirə edilmədi. Kremlin Ermənistan hakimiyyətinin maraqlarına zidd addım atmayacağı öncədən bəlli idi. Çünki o, Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verməklə Sərkisyanın mövqelərinin zəifləməsini istəmir. Bu baxımdan, Cenevrə görüşünün nəticəsiz qalması Sarkisyanın maraqlarına uyğun idi. Atəşkəs təminatı Sarkisyanın maraqlarına cavab verir. Atəşkəsin davamı status-kvonun davamı deməkdir.

Azərbaycan isə haqlı olaraq bununla barışmır. Deməli, cəbhə bölgəsində hərbi əməliyyatların başlanması haqqını Bakı özündə saxlayır.

Cenevrə görüşü bir həqiqəti də bir daha nümayiş etdirdi. ATƏT-in Minsk Qrupu vasitəçi olaraq heç bir nəticəyə nail ola bilmir. Demək, hansısa yeni danışıqlar formatı yaratmağa cəhd eləmək olar, ancaq bu dəfə BMT bayrağı altında hərəkət etmək lazım olacaq. Minsk Qrupu ATƏT formatından BMT formatına keçirilməsi reallaşa bilər. Məqsəd ona müvafiq, daha sanballı status verməkdir. Münaqişə zonasına BMT monitorinq missiyası göndərməkvariantı da müzakirə edilə bilər. Bu missiya konflikt zonasında atəşi kimin açdığı və danışıqları kimin pozduğunu müəyyən edə bilərdi. Lakin aqressor belə də bəllidir. Ermənistanın BMT TŞ-nin Dağlıq Qarabağa dair dörd məlum qətnaməsini yerinə yetirməlidir. Hələ ki Ermənistan onları yerinə yetirməkdən imtina edir və beynəlxalq qanunlara hörmətsizlik edir.

Lakin bu tip münaqişələr heç vaxt uzun müddət dondurulmuş halda qala bilməz. Ən uzunmüddətli bu tip münaqişələrdən biri, bildiyiniz kimi, Yaxın Şərq münaqişəsidir. Həmin münaqişə də vaxtaşırı dondurulmuş haldan qaynar fazaya keçir və müxtəlif formatlarda toqquşmalar baş verir. Anlamaq lazımdır ki, söhbət Qafqaz regionundan gedir. Bu region aparıcı güc mərkəzləri — Amerika və Rusiya üçün çox önəmli regionlardan biridir. Digər tərəfdən, Qərblə Rusiya arasında ciddi fikir ayrılığı, beynəlxalq problemlər var. Sözsüz ki, Qərb və Rusiya indiki şəraitdə onların arasında qarşıdurma yarada biləcək növbəti bir qaynar nöqtənin yaranmasını istəmirlər. Odur ki, İrəvanı işğal etdiyi əraziləri boşaltmağa vadar etmək lazımdır…

Avropa.info-nun ekspert qrupu

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər