Sahibkarlıq sahəsində yoxlamalar yenidən dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar yenidən dayandırılır

Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

O, bildirib ki, sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayında başa çatır.

Xatırladaq ki, 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun layihəsi qəbul olunub. Qanun layihəsi sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır. Qanun layihəsi 4 maddədən ibarətdir.

Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub.

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Layihədə qeyd olunub ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Azvision.az
Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər