Prezidentin köməkçisi “Qarabağ”ın oyunu haqda: “Penaltiyə göz yumuldu”

Prezidentin köməkçisi “Qarabağ”ın oyunu haqda: “Penaltiyə göz yumuldu”

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov hesab edir ki, “Qarabağ” futbol klubunu qəsdən sıxışdırırlar.

Bu fikirlərini Novruz Məmmədov “Qarabağ”la İspaniyanın “Atletiko” komandası arasında keçirilən görüşdən bir gün sonra, oktyabrın 19-da açıqlayıb.

Görüş UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilib. Gərgin oyunda hesab açılmayıb. 75-ci dəqiqədə fransalı hakim “Atletiko”nun qapısına penalti təyin etmək əvəzinə “Qarabağ”ın oyunçusunu simulyasiyada təqsirli bilərək onu ikinci sarı kart  –  qırmızı kartla cəzalandıraraq meydandan çıxarıb.

Novator.az xəbər verir ki, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi sosial şəbəkədə yazıb: “Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və həmin komandanın yol verdiyi digər pozuntulara da göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

“Qarabağ” son oyundakı hesab nəticəsində UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb. Komanda  C qrupunda yarışır. Hazırda bu qrupda İngiltərənin “Çelsi” komandası 7 xalla liderdir. İtaliya “Roma”sı 5 xalla ikinci, “Atletiko” 2 xalla üçüncü, “Qarabağ” 1 xalla sonuncu pillədə dayanır.

Qrup mərhələsindən növbəti raunda adlamaq üçün ən azı ikinci yeri tutmaq gərəkdir. Üçüncü yeri tutan Avropa Liqasına transfer olunur.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər