Ermənilər Qarabağ müharibəsi zamanı 3 aylıq körpəni, 104 yaşlı qocanı girov götürüblər

Ermənilər Qarabağ müharibəsi zamanı 3 aylıq körpəni, 104 yaşlı qocanı girov götürüblər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itgin düşən Azərbaycan vətəndaşlarının 745 nəfəri mülki şəxs olub.

Avropa.info report-a isinadən xəbər verir ki, bunu “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində” movzusunda keçirilən konfransda deyib.

Ümumilikdə 3868 nəfərin münaqişə zamanı itgin düşdüyünü deyən E.Orucova onlardan 3123 nəfərinin hərbçi, 62-sinin uşaq, 262 nəfərinin qadın, 302 nəfərinin isə qoca olduğunu bildirib: “Sübutlara, hətta azad edilən ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu günə kimi qarşı tərəfdə saxlanılır. Əsirlərin 591 nəfəri hərbçi, 282 nəfəri mülki şəxs, 29 nəfəri uşaq, 99-u qadın, 112 nəfəri qocalardır. 553 nəfər əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onların 448 nəfəri kişi, 14-ü qadındır”.

O bildirib ki, bu vaxta kimi 1437 nəfər əsir və girovluqdan azad edilib ki, onlardan 351 nəfəri hərbçi, 1086-sı mülki şəxsdir. E.Orucovanın sözlərinə görə, azad edilənlərin 210-u uşaq, 342-si qadındır: “Ermənilər “Müharibə Zamanı Mülki Əhalinin Müdafiəsinə Dair” lV Konvensiyanın maddələrini kobudcasına pozaraq, 3 aylıq körpəni, 104 yaşlı qocanı belə girov götürüb, bu günə kimi qaytarmayıblar. Dözülməz şəraitdə saxlandıqdan sonra əsir və girovluqdan azad edilən 1437 nəfər şəxs bu gün mənəvi və psixoloji gərginlik içində yaşayır. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini itirib”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər